“Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY

qatarlarin-hereket-cedvelinde-her-hansi-deyisiklik-yoxdur
Oxunma sayı: 899

“ADY-nin sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur. Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər”.

Bu haqda “Qafqazinfo”ya “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Qeyd olunub ki, həmçinin axşam saatlarında Bakı-Xırdalan-Sumqayıt istiqamətində saat 20:20-a, Bakı-Pırşağı-Sumqayıt istiqamətində isə saat 23:00-a qədər bütün reyslər qrafik üzrə həyata keçiriləcək:

“Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”.