Qaxda maşın işıq dirəyinə çırpıldı - Ölən var+Yenilənib

qaxda-masin-isiq-direyine-cirpildi
Oxunma sayı: 407

Qaxda avtomobil işıq dirəyinə çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Qax şəhəri H.Əliyev prospektində baş verib.

Belə ki, Məmmədov Kənan Vasif oğluna məxsus “OPEL ASTRA” markalı 34-BG-587 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tətəfindən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Faktla baglı araşdırma aparılır.

***

Qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Eyni zamanda 2009-cu il təvəllüdlü Muxtarov Elcan Səbuhi oğlu həyatını itirib.

Mübariz Muradov