Qayda pozuldu - AMB cəzalandırdı

qayda-pozuldu
Oxunma sayı: 862

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Azvvallet” MMC-yə icrası məcburi göstəriş verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, AMB tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3 maddəsi üzrə nəzərdə tutulan ekvayrinq xidmətinin dayandırılması barədə “Azvvallet” MMC-yə icrası məcburi göstəriş verilib.

Xatırladaq ki, “Azvvallet” MMC 2024-cü ilin yayında təsis olunub, amma ötən il aprelin 9-da lisenziya əldə edib.