Qayınanasını qətlə yetirdi, özündən 14 yaş kiçik arvadını ağır yaraladı

qayinanasini-qetle-yetirdi-ozunden-14-yas-kicik-arvadini-agir-yaraladi
Oxunma sayı: 3923

Şəmkir rayonunda qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində baş verib.

Belə ki, Şəmkir rayon sakini, 1976-cı il təvəllüdlü İntizam Hüseynov şəxsi münasibətlər zəminində qayınanası, 1963-cü il təvəllüdlü Sədaqət Adullayeva və həyat yoldaşı, 1990-cı il təvəllüdlü Mahizər Hüseynovanı bıçaqlayıb.

Nəticədə, üç bıçaq zərbəsi alan S.Abdullayeva xəstəxanaya aparılarkən yolda ölüb, M.Hüseynova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən yayınan İ.Hüseynov Şəmkir Rayon Polis şöbəsinin və Prokurorluq əməkdaşlarının keçirdikləri birgə əməliyyat zamanı saxlanılıb.

Murad Əhməd