Qaz ixracı 45% artıb

qaz-ixraci-45-artib
Oxunma sayı: 1587

2021-ci ilin 1-ci rübündə 5 milyard kubmetrdən artıq qaz ixrac edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə SOCAR-ın 2021-ci ilin birinci rübüylə bağlı açıqladığı statistikada qeyd olunub. 

Bildirilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% çoxdur. Qaz ixracının artımı əsasən TAP boru kəmərinin istismara verilməsi ilə bağlıdır. 

Şirkətin Azərbaycandakı emal kompleksində 1,4 milyon tondan çox neft, 1,1 milyard kubmetrdən çox təbii qaz emal olunub.