Qazaxda iki uşağı ildırım vurdu, biri öldü

qazaxda-iki-usagi-ildirim-vurdu-biri-oldu
Oxunma sayı: 3235

Qazaxda iki uşağı ildırım vurub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Qazax Müalicə Diaqnostika Mərkəzindən APA-ya bildirilib. Qeyd edilib ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib.

Həmçinin oxuyun: В аэропорту Баку упал кран - есть погибшие и пострадавшие

“2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən - 2012-ci il təvəllüdlü pasiyentin reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”, - qeyd olunub.