Qazaxıstan bu şəxsi Azərbaycana təhvil verdi

qazaxistan-bu-sexsi-azerbaycana-tehvil-verdi
Oxunma sayı: 3851

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya olunub.

“Qafqazinfo” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Həsənov Alyar Əhməd oğlunun ekstradisiyası haqqında Azərbaycan Baş Prokurorluğunun vəsatəti Qazaxıstan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, A.Həsənovun külli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Fevralın 10-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxs Qazaxıstandan ölkəmizə gətirilib.