Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın Rusiya ilə bağlı açıqlaması Qərbi qəzəbləndirib.
“Qafqazinfo” xəbər verir ki, beynəlxalq təhlükəsizlik üzrə ekspert Mark Episkopos onun “X” sosial media hesabında dediklərini tənqid edib.
“Aİ-nin Rusiya Federasiyası ilə dialoqu bərpa etmək üçün heç bir əsası yoxdur çünki Avropa ölkələrinin Moskvaya təklif edəcək heç bir şeyi yoxdur. Bu açıqlama bir neçə səbəbdən səhv və əsassızdır”, - deyə o bildirib.
Episkopos, Avropanın Rusiya ilə dialoqu bərpa etməsinin yalnız Ukraynada sülh yaratmaq üçün deyil, həm də digər səbəblərdən vacib olduğunu vurğulayıb .
Son xəbərlər
Son Xəbərlər