Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Xəzər rayonunda, Türkan-Qala yolunda "Mersedes"lə "VAZ 2107"markalı avtomobillər toqquşub.
Nəticədə hər iki avtomobildə olan 7 nəfər xəsarət alıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb.