Mingəçevirdə iyunun 5-də baş vermiş qəzada xəsarət alan sürücü həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, 39 yaşlı İmran Zeynalov müalicə aldığı xəstəxanada vəfat edib.
Xatırladaq ki, qəza hadisəsi zamanı “BMW” markalı avtomobil işıq dirəyinə çırpılmışdı. Nəticədə həmin avtomobilin 1986-cı il təvəllüdlü sürücüsü İ.Zeynalov və 2003-cü il təvəllüdlü sərnişini Əhməd Əhmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.
Ziya Əmirxanlı