Qəzadan sonra “BMW” yandı - Ölən və yaralananlar var - Yenilənib

qezadan-sonra-bmw-yandi
Oxunma sayı: 1831

Abşeron rayonu, Masazır qəsəbəsində avtomobil yanıb. 

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Belə ki, “BMW” markalı minik avtomobili anidən alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.

Aparılan tibbi müdaxilələrə baxmayaraq, Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verib.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı “BMW” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və nəticədə “BMW”də yanğın yarandığı müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Digər avtomobil yanğından mühafizə olunub.