Qəzaya düşən maşın mağazaya girdi - Foto

qezaya-dusen-masin-magazaya-girdi
Oxunma sayı: 3388

Bu gün Mingəçevir şəhərində qeyri-adi yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Azdress qəsəbəsində “Hyundai Santafe” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşandan sonra sürücünün idarəetməsindən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı qapı-pəncərə mağazasına daxil olub.

İlkin məlumata görə hadisə yerində bir uşaq xəsarət alıb.