Qəzza ilə bağlı səsvermə üçüncü dəfə təxirə salındı

qezza-ile-bagli-sesverme-ucuncu-defe-texire-salindi
Oxunma sayı: 1427

BMT Təhlükəsizlik Şurasında Qəzzaya humanitar yardımların maneəsiz daxil olması üçün döyüş əməliyyatlarının dayandırılmasını tələb edən qətnamə layihəsinin səsverməsi razılıq əldə olunmadığı üçün üçüncü dəfə təxirə salınıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, səsvermənin sabah (cümə axşamı) keçirilməsi planlaşdırılır.