Bərdədə qızdırmaya görə iynə vurduran 4 yaşlı uşaq ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün baş verib.
2020-ci il təvəllüdlü Bayramov Əli İsmayıl oğluna qızdırması olduğuna görə evdə iynə vurulub. Halı pisləşən azyaşlını xəstəxanaya çatdırıblar. Uşaq Bərdə RMX-nin acil şöbəsində göstərilən müdaxilələrə baxmayaraq, vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən bildirilib ki, 2020-ci il təvəllüdlü azyaşlı ötən gün saat 22:00 radələrində aqonal vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə gətirilib.
Aparılan reanimasyon tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb. Saat 22:58-də ölüm faktı qeydə alınıb.
Meyit təşrih üçün Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Son xəbərlər
Son Xəbərlər