Qızı tərəfindən uçurumdan atılan ana - “Zarafatlaşırdıq...” + Video

qizi-terefinden-ucurumdan-atilan-ana
Oxunma sayı: 5295

İsmayıllıda baş verən hadisənin təfərrüatları məlum olub.

“Qafqzinfo” ARB TV-yə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, qoz yığmağa gedərkən ana və qızı arasında mübahisə yaranıb. Anasını itələyərək çaya aşıran qız onu köməksiz vəziyyətdə qoyaraq evə qayıdıb.

Təxminən 5-6 metr hündürlükdən daşlı və kol-koslu çay yatağına yıxılan 64 yaşlı qadını ölümdən qonşular xilas ediblər. Baş və bədənin müxtəlif nahiyələrindən əzik, çapıq və sınıq xəsarətləri alan Şükufə Həmzəyeva təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Şahidlər Gülzadə Həmzəyevanın ruhi xəstə olduğunu təsdiqləyiblər. O, Bakıda bir müddət müalicə olunub. Lakin müalicənin heç bir faydası olmayıb.

Şükufə Həmzəyeva (zərərçəkən- ana) isə hadisə ilə bağlı bunları deyib: “Dəlixanadan çıxan uşaqdır. Narahatdır. Zarafatlaşırdı, birdən itələdi, yıxıldım”.