“Qızla oğlan iki dəfə görüşən kimi deyirlər ki, ailə qurmalıyıq”

qizla-oglan-iki-defe-gorusen-kimi-deyirler-ki-aile-qurmaliyiq
Oxunma sayı: 2608

“Bizdə psixologiyada elə təfəkkür yaranıb ki, bir qızla oğlan iki dəfə görüşdülərsə,  deyirlər ailə qurmalıyıq. Bundan qaçmaq lazımdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev “Azərbaycanda mövcud ailə münasibətləri” adlı tədbirdə çıxışında deyib. 

O bildirib ki, gənclər bir-birini yaxından tanımadan ailə qurmamalıdır: “İnsanlar nəyinsə xatirinə ailə qurub bədbəxt həyat yaşamasınlar. Bir məsələni də qeyd edim ki, cəmiyyəti irəli aparan onun elitasıdır. Bizim insanlar müşahidə edir ki, zəngin adam kasıb adamla ailə həyatı qurmur. İnsalarımız bundan imtina etməlidir”. 

Günel Türksoy