Qobustanda güclü partlayış, ölən var - Fotolar - Video

qobustanda-guclu-partlayis-olen-var
Oxunma sayı: 10772

Bakı - Astara yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yanacaqdaşıyan maşında partlayış baş verib.

“Qafqazinfo”nun məlumatıma görə, hadisə səhər saatlarında qeydə alınıb.

Hadisə zamanı yanacaqdaşıyan TIR-la “Kamaz”ın toqquşduğu və daha bir neçə maşının zərər çəkdiyi bildirilir.

FHN-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 112 qaynar xəttinə daxil olan məlumata əsasən, Qobustan qəsəbəsində yol kənarında yanacaqdaşıyan maşın yanır: “FHN-in qüvvələri dərhal hadisə yerinə gediblər. Əlavə məlumat veriləcək”.

Qeyd edək ki, hadisəyə görə hazırda həm Qazax, həm də Astara istiqamətində avtomobillərin hərəkəti dayandırılıb. 

***

Hadisə nəticəsində ilkin məlumata görə, 1 nəfər dünyasını dəyişib.