Qoşquya alınmış “KamAZ” yolda təhlükə yaratdı - Video

qosquya-alinmis-kamaz-yolda-tehluke-yaratdi
Oxunma sayı: 1432

Abşeron rayonunun Saray qəsəbəsində qoşquya alınmış “KamAZ” markalı avtomobil ətrafa təhlükə saçıb.

“Qafqazinfo” xəbər verir ki, Saray körpüsünün üzərində hərəkətdə olan və yük yerində ağır yük olan ağırtonnajlı avtomobilin sol təkərlərinin olmaması yolun asfalt örtüyünə ziyan vurub. Həmçinin bu hal digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Hadisə digər avtomobildə olan şəxs tərəfindən lentə alınıb.

Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev məsələ ilə bağlı saytımıza bildirib ki, sosial şəbəkədə yayılan görüntülər araşdırılır: “Bununla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək”.