“İranda rejim dəyişikliyinə nail olmuşuq, daha ağıllı insanlardır”

iranda-rejim-deyisikliyine-nail-olmusuq-daha-agilli-insanlardir
Oxunma sayı: 927

ABŞ Prezidenti Donald Tramp İsrail ilə birgə həyata keçirilən “Epik Qəzəb” əməliyyatının gedişatı barədə danışıb.

“Qafqazinfo” “CBS News”a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri İrana qarşı hərbi əməliyyatların planlaşdırılandan daha sürətlə irəlilədiyini bildirib.

“Biz qrafikdən iki həftə irəlidəyik. İran artıq hərbi müqavimət göstərmək gücündə deyil və ölkədə tam xaos hökm sürür. ABŞ artıq qarşısına qoyduğu əsas məqsədə – İranda rejim dəyişikliyinə nail olub. Hazırda danışıqlar apardığımız şəxslər əvvəlki rəhbərlikdən fərqli, daha ağıllı və peşəkar insanlardır. Onlar sahib olduqları hər şeyi itiriblər. Bərpa olunmaları üçün ən azı 10 il lazım olacaq. Biz öz işimizi gördük və tam rejim dəyişikliyi baş verib”, – deyə ABŞ lideri əlavə edib.

Qeyd edək ki, bir qədər əvvəl Tramp İranın enerji obyektlərinə hücumları danışıqlar prosesinə şans vermək üçün aprelin 6-dək dayandırdığını elan etmişdi.