Yığmamızın Plovdiv sınağı

yigmamizin-plovdiv-sinagi
Oxunma sayı: 597

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. 

“Qafqazinfo” xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Plovdiv şəhərində, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, U-21 6 komandanın yer aldığı B qrupunda 5 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri 10 xalla dördüncüdür.