Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 1-də Rusiyaya işgüzar səfər edəcək.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
“Görüş çərçivəsində Rusiya və Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyətinin və perspektivlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının, eləcə də regional gündəliyin aktual məsələlərinin, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafının müzakirə edilməsi planlaşdırılır”, - məlumatda deyilir.
Xatırladaq ki, martın 23-də Ermənistan tərəfinin təşəbbüsü ilə Vladimir Putin və Nikol Paşinyan arasında telefon danışığı olub.
Son xəbərlər
Son Xəbərlər