547 nəfər təhlükəsiz əraziyə təxliyə edilib - Video+Fotolar - Yenilənib

547-nefer-tehlukesiz-eraziye-texliye-edilib
Oxunma sayı: 914

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gün və gecə ərzində fasiləsiz olaraq davam etdirilib.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, görülmüş tədbirlər nəticəsində 75-i azyaşlı olmaqla, ümumilikdə 454 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN- in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən həyata keçirilir.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.

Görülmüş tədbirlər nəticəsində 108-i azyaşlı olmaqla ümumilikdə 547 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.