Bayramov Əraqçi ilə danışdı

bayramov-eraqci-ile-danisdi
Oxunma sayı: 763

Xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub.  

“Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.