Azərbaycanın minifutbol millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının vaxtı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Avropa Minifutbol Federasiyası məlumat yayıb.
Slovakiyada təşkil olunacaq yarışda Azərbaycan millisi F qrupunda mübarizə aparacaq. Yığmamız ilk matçını Avstriyaya qarşı keçirəcək. Görüş mayın 28-də, Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.
Azərbaycan millisinin İtaliya ilə oyunu 29 may, Bakı vaxtı ilə saat 18:45-də, Fransa ilə qarşılaşması isə 30 may, Bakı vaxtı ilə saat 16:15-də başlayacaq.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər