Bakı Ali Neft Məktəbinin (BANM) nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin 9 şagirdi Respublika Fənn Olimpiadalarının (RFO) final mərhələsində iştirak edəcək.
“Qafqazinfo” xəbər verir ki, onlardan 8-i informatika fənni üzrə finala qatılacaq.
İnformatika fənni üzrə finala vəsiqə qazanan Əsma Bədəlova, Tunar Verdiyev, Camal Qasımov Rəqəmsal Biliklər Liseyinin 8-ci sinif, İbrahim Balaqadaşlı, Aysu İsgəndərli, Fatimə Aslanlı, Rəşid Səfərli və Əsma Qafarlı isə 9-cu sinif şagirdləridir.
Aysu İsgəndərli və liseyin daha bir 9-cu sinif şagirdi Tural Bəgalızadə isə RFO-nun riyaziyyat fənni üzrə finalında da öz biliklərini sınayacaqlar.
İnformatika fənni üzrə aşağı yaş qrupunda ölkə üzrə ümumilikdə 109 nəfər finalda mübarizə aparacaq.
Son xəbərlər
Son Xəbərlər