Gəncədə zəncirvari qəza - Xəsarət alanlar var+Fotolar

gencede-zencirvari-qeza
Oxunma sayı: 521

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində qeydə alınan qəzada 4 avtomobil toqquşub.

Belə ki, Hərəkətdə olan “Chevrolet Cruze”, “Mercedes”, “Toyota Corolla” və “BMW” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı iki nəfər nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncədə baş verən zəncirvari qəzada yaralananların adları məlum olub.

Onlardan biri İkinci Vətən müharibəsi qazisi 1989-cu il təvəllüdlü Sahib Mirzəyevdir. Digər yaralı isə 1998-ci il təvəllüdlü Fərid Mirzəyevdir.

Yaralı Sahib Mirzəyevin sözlərinə görə, onlar işıqforun qırmızı işığında dayanan zaman arxadan “Chevrolet Cruze” markalı maşın onların maşınına dəyib.

Yunis Quliyev