Vacib oyunöncəsi qalmaqal - İtalyanlar rəqibin məşqinə casus göndərdi

vacib-oyunoncesi-qalmaqal
Oxunma sayı: 742

İtaliya Futbol Federasiyası 2026-cı ildə keçiriləcək dünya çempionatına yollanmaq üçün Bosniya və Herseqovina ilə qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, italyanlar bu gün Zeniça şəhərində keçiriləcək matç öncəsi rəqib komandanın məşqini izləmək üçün casus göndəriblər.

Bosniya və herseqovinalı məşqçilər ötən gün baş tutan məşqdə üzərində İtaliya Futbol Federasiyasının nişanı olan hərbi gödəkçədə bir şəxsi görüblər.

 Onun telefonu sinəsinə bərkidilmiş vəziyyətdə olub və qadağan olunmuş zonadan 15 dəqiqə ərzində məşq prosesini qeydə alıb. Daha sonra isə ərazidən uzaqlaşdırılıb.

Nəticədə Bosniya və Herseqovina Futbol Federasiyası FİFA-ya şikayət edib.

Qeyd edək ki, İtaliya yığması bu gün DÇ-yə vəsiqə qazana bilməsə, bu onların ardıcıl 3-cü anaoloji uğursuzluğu olacaq. Onlar bundan öncə keçirilən DÇ-2018 və DÇ-2022-də iştirak etməyiblər.