Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında öldü

qreq-biffl-ailesi-ile-birlikde-teyyare-qezasinda-oldu
Oxunma sayı: 678

ABŞ-nin Şimali Karolina ştatında şəxsi “Cessna C550” təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən məlumat yayıb.

Məlumata görə, təyyarənin sahibi keçmiş NASCAR (avtomobil yarışı) pilotu Qreq Biffl, həyat yoldaşı Kristina, qızı Emma və oğlu Rayder qəza nəticəsində həlak olublar.

Təyyarədə olan 6 nəfərin hamısı ölüb.

İlkin məlumatlara görə, təyyarə əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğrayıb.