Çeçenistanın paytaxtı Qroznı şəhərində yerləşən “Qroznı-Siti” biznes mərkəzində partlayış baş verib.
“Qafqazinfo” Rusiya teleqram kanallarına istinadən xəbər verir ki, hadisə biznes mərkəzinin qüllələrindən birində qeydə alınıb.
Partlayış nəticəsində binanın bir neçə mərtəbəsinin fasadı dağılıb.
Binanın Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qaldığı iddia olunub.
Son xəbərlər
Son Xəbərlər