Ququş böyük səhnədən getdi

ququs-boyuk-sehneden-getdi
Oxunma sayı: 6911

Azərbaycanəsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) böyük səhnədən gedib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 73 yaşlı sənətçi bu qərarın onun üçün çox çətin olduğunu açıqlayıb.

Xatırladaq ki, müğənni yayın ortalarında Avropanın bir sıra şəhərlərində "Son mövsüm" adlı konsert turuna çıxacağını elan etmişdi. 

Qeyd edək ki, Ququş 1950-ci il mayın 5-də Tehranda Sərçeşmə rayonunda anadan olub. Onun valideynləri Bakıdan Tehrana köçüblər.