Qurbanov daha bir vəzifəsindən getdi

qurbanov-daha-bir-vezifesinden-getdi
Oxunma sayı: 6102

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin ardından AFFA İcraiyyə Komitəsinin üzvlüyündən də istefa verməyi qərara alıb.

“Qafqazinfo" xəbər verir ki, bu barədə 46 yaşlı mütəxəssisin özü bildirib. 

O deyib ki, komitə üzvləri qarşısında məsələ qaldırsa da, qalmasını istəyiblər. Lakin Qurbanov bütün diqqətini klubuna yönəldəcəyini vurğulayıb.