Xəbər verdiyimiz kimi, “Qarabağ” “Enfild” stadionunda “Liverpul”la qarşılaşıb. Oyun “Liverpul”un 6:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunun gedişində kədərli halda görüntülənib.
Qeyd edək ki, böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.
Son xəbərlər
Son Xəbərlər