Qvardiola 500-ə çatdı

qvardiola-500-e-catdi
Oxunma sayı: 1620

İspaniyalı baş məşqçi Pep Qvardiola “Mançester Siti”nin “sükanı arxası”nda 500-cü oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, o, buna İngiltərə Premyer Liqasının 19-cu turunda “Lester”lə (2:0) oyunda nail olub.

Qvardiolanın rəhbərliyi altında “şəhərlilər” 500 matçdan 362-də qalib gəlib, 63 oyunda heç-heçə, 75 görüşdə isə məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, Pep “Mançester Siti” tarixində ən çox mükafat alan baş məşqçidir. İspaniyalı komandaya 18 titul qazandırıb.