“Rafiq Tağı Mükafatı”nın sahibləri məlum oldu

rafiq-tagi-mukafatinin-sahibleri-melum-oldu
Oxunma sayı: 1256

Bu gün mərhum yazıçı Rafiq Tağının vəfatının dördüncü ildönümü ilə əlaqədar olaraq “Rafiq Tağı Mükafatı” sahiblərinə təqdim olunub.

“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbir tanınmış yazar, media nümayəndələri və oxucuların iştirakı ilə yazarın məzarı başında baş tutub. Çıxış edən şair Rasim Qaraca, jurnalistlər Əvəz Zeynallı, Rövşən Hacıyev, yazıçı Azad Qaradərəli və digərləri Rafiq Tağının nəsr və publisistika yaradıcılığından söz açıblar, onun Azərbaycan maarifçiliyindəki yerini dəyərləndiriblər.

Daha sonra “Dalğa” Gənclər Təşkilatının həmtəsisçisi Ramin Hacılı təşkilatın ənənəvi “Rafiq Tağı mükafatı”nı sahiblərinə təqdim edib. Mükafatın builki sahibləri Kulis.az dərgisinin redaktoru, yazar Şərif Ağayar, Azadlıq Radiosu "Oxu Zalı"nın redaktoru, yazıçı Nərmin Kamal və “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu olub.