İyulun 17-də 18 yaşı tamam olan braziliyalı forvard Endrik, əvvəllər “Real Madrid”də Kərim Benzema və Alfredo Di Stefano kimi klub əfsanələrinin geyindiyi 9 nömrəni daşıyacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Xatırladaq ki, İspan nəhəngləri Endrikin transferini 2022-ci ilin dekabrında, futbolçunun 15 yaşı olanda təşkil etmişdi. Lakin hücumçu yalnız 18 yaşı tamam olanda, yəni 2023/24 mövsümünün sonunda “Real Madrid”ə keçə biləcək.
Müqavilənin müddətinin 2027-ci ilə qədər olduğu bildirilir.
Qeyd edək ki, ötən mövsüm Endrik Braziliyanın “Palmeyras” klubunda bütün turnirlərdə 53 oyun keçirib, 14 qol vurub və bir məhsuldar ötürmə edib.