Türkiyə millisinin futbolçu Arda Gülər 100-cü dəfə “Real Madrid” formasını geyindikdən sonra klubun televiziya kanalına müsahibə verib.
“Qafqazinfo”nun xəbərinə görə, gənc yarımmüdafiəçinin çıxışı xüsusilə diqqət çəkib, o, müsahibəni tamamilə ispan dilində verib.
Oyundan sonra mikrofon qarşısına keçən Arda Gülər həm qələbə, həm də yubiley matçı ilə bağlı sevincini bölüşüb.
“Çox sağ olun. Qələbəyə və dünyanın ən yaxşı klubu Real Madridin formasını 100-cü dəfə geyindiyimə görə çox xoşbəxtəm. Bəli, bu gün həm də mənim ad günümdür. Hər şey üçün təşəkkür edirəm. Hala Madrid!”, - o bildirib.
Gənc futbolçunun ispan dilində sərbəst danışması sosial mediada da maraqla qarşılanıb və azarkeşlər tərəfindən müsbət rəylər alıb.
Qeyd edək ki, Arda Gülər “Real Madrid” forması ilə 100-cü oyununu Bernabeuda “Benfika” ilə keçirilən qarşılaşmada keçirib. Yubiley matçından sonra klub prezidenti Florentino Perez Yarımmüdafiəçiyə xatirə forması hədiyyə edib.
21-ci doğum günündə bu mərhələyə çatan Arda Gülər komanda ilə üçüncü mövsümünü yaşayır. Gənc futbolçu bu müddətdə beş titul qazanıb: 1 Çempionlar Liqası, 1 Klublararası Dünya Kuboku, 1 UEFA Super Kuboku, 1 La Liqa və 1 İspaniya Super Kuboku.
Onun 100 oyununun 74-ü qələbə ilə başa çatıb. Qarşılaşmaların bölgüsü belədir: 63-ü La Liqada, 17-si Çempionlar Liqasında, 9-u Kral Kubokunda, 7-si Klublararası Dünya Kubokunda, 3-ü İspaniya Super Kubokunda və 1-i UEFA Super Kubokunda keçirilib.
Meydana çıxma sayına görə ən məhsuldar mövsümü sonuncu mövsüm olub – 49 oyun. Ən çox qarşılaşdığı komanda isə 7 oyunla “Real Sosyedad” olub.
Son xəbərlər
Son Xəbərlər