“Real” yeni baş məşqçisini rəsmən açıqladı

real-yeni-bas-mesqcisini-resmen-aciqladi
Oxunma sayı: 2992

İspaniyanın “Real” klubu yeni baş məşqçisini rəsmən açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Madrid təmsilçisi Xabi Alonso ilə 2028-ci ilin yayınadək sözləşmə imzalayıb.

Qeyd edək ki, X.Alonso futbolçu kimi də 2009-2014-cü illərdə “kral klubu”nda çıxış edib. 

Xatırladaq ki, 43 yaşlı mütəxəssis son olaraq Almaniyanın “Bayer” klubunu çalışdırıb. O, yeni işində Braziliya millisi ilə anlaşan təcrübəli Karlo Ançelottini əvəzləyib.