UEFA Çempionlar Liqasında 1/8 final uğrunda keçirilən pley-off mərhələsinin cavab oyununda “Real Madrid” doğma meydanda “Mançester Siti”ni qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, İngiltərədən 2:3 hesablı üstünlüklə qayıdan “kral klubu Mbappenin het-triki ilə 1/8 finala vəsiqə qazanıb.
“Şəhərlilər”in təsəlli qolunu 90+1-ci dəqiqədə Niko Qonsales vurub.
Bununla da Pep Qvardiolanın komandası Çempionlar Liqası ilə vidalaşıb.