Rəşad Dağlı boşanır - Yenilənib

resad-dagli-bosanir
Oxunma sayı: 15967

Həyat yoldaşı meyxanaçı Rəşad Dağlıdan boşanır.

“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, Nailə Süleymanzadə bununla bağlı artıq məhkəməyə müraciət edib.

O, Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Əmirov Rəşad Vaqif oğlundan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirib.

Qeyd edək ki, cütlük 2010-cu ildə ailə qurub. Onların Yusif adlı oğlu, Bətül adlı qızları var.

***

Meyxanaçının həyat yoldaşı Nailə Süleymanzadə boşanma iddiası olduğunu “Qafqazinfo”ya təsdiqləyib.