Rəşad Məciddən “Dəlicəsinə” - - təqdimat

resad-mecidden-delicesine-
Oxunma sayı: 1690

"Qafqazinfo" xəbər verir ki, bu gün Mətbuat Şurasında kitabın təqdimat mərasimi keçirilib. Mərasimdə tanınmış qələm adamları iştirak edib və kitab barədə müzakirələr aparıblar. 

Dörd bölümdən ibarət olan "Dəlicəsinə" kitabının birinci- "Yaşadıqlarım" bölümünə müxtəlif illərdə qələmə alınmış publisistik yazılar, ikinci-"Gördüklərim" bölümünə səfər təəssüratları, üçüncü- "Tanıdıqlarım" bölümünə portret-məqalələr daxil edilib. Kitabın son- "Dediklərim" bölümündə isə müəllifin son illər mətbuat orqanlarına verdiyi müsahibələrdən bir neçəsi yer alıb. 

248 səhifədən ibarət olan kitabın redaktoru Yusif Rzayevdir. Kitab "Təhsil" Nəşriyyat-Poliqrafiya müəssisəsinin mətbəəsində çap olunub. Kitabın "Dəlicəsinə Sevmək" başlıqlı önsözü jurnalist, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədli tərəfindən yazılıb.

Rəşad Məcid 1964-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktorudur. İndiyə qədər Rəşad Məcidin "Hələ ki, vaxt var", "10 sentyabr", "Əlvida və salam" və "10 sentyabr (müxtəlif dillərə tərcümə)" adlı kitabları nəşr olunub.