Rəşad Sadıqovun kövrək anları... - Video

resad-sadiqovun-kovrek-anlari
Oxunma sayı: 5093

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq kapitanı, hazırda isə “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqovun maraqlı görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülər Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Braqa” matçında lentə alınıb.

Ağdam klubunun güclü rəqib üzərindəki qələbəsi klubun sabiq futbolçusunun da sevinc göz yaşlarına səbəb olub.

Qeyd edək ki, Rəşad Sadıqov onun sabiq baş məşqçisi Qurban Qurbanovla həm də yaxın dostdur.

Həmin görüntüləri təqdim edirik: