“Rusiya Ermənistandan İrəvanın “Zvarnots” hava limanında rus sərhədçilərin işini dayandırması barədə bildiriş alıb”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Həqiqətən də bununla bağlı qurum məktubu daxil olub və hazırda qurumların xətti ilə təmaslar həyata keçirilir. İndi bundan əlavə bir şey deyə bilmərəm. Təbii ki, bütün mümkün səviyyələrdə təmaslar davam edəcək”, - Peskov əlavə edib.