Reyhan ABŞ-ın bir neçə nüfuzlu universitetinə qəbul olub

reyhan-abs-in-bir-nece-nufuzlu-universitetine-qebul-olub
Oxunma sayı: 5045

Dünyanın ən məşhur dərgilərindən olan “Forbes” jurnalının yaşı 30-dan aşağı olan 30 ən istedadlı ixtiraçı və innovatorlar siyahısına daxil edilən azərbaycanlı Reyhan Camalova ABŞ və Kanadanın bir neçə nüfuzlu universitetinə qəbul olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə gənc ixtiraçı öz feysbuk səhifəsində yazıb. 

Onun qəbul olduğu universitetlər arasında Stanford, Pensilvaniya, Dyuk və digər universitetlər var:

1. Stanford Universiteti

2. Pensilvaniya Universiteti - Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi qəbul alıb.

3. Dyuk Universiteti (Tam - illik 85,903 dollar təqaüdlə) - Martın ortasında erkən qəbul (likely letter) alıb.

4. Braun Universiteti (Tam - illik 85,574 dollar təqaüdlə)

5. Amherst Kolleci (Tam - illik 84,168 dollar təqaüdlə)- Martın 5-də erkən qəbul (early write) alan 200 şagirddən biri olub.

6. Toronto Universiteti Viktoria Kolleci, Fiziki və Riyazi Elmlər (Physical and Mathematical Sciences).

7. Toronto Universiteti Scarborough Filialı, Co-op Menecment (Co-op Management BBA).

Qeyd edək ki, Reyhan Camalova “ClimateLaunchpad Azerbaijan” proqramının məzunudur. O, 2017-ci ildə, 15 yaşında yağışdan elektrik enerjisi əldə edən “Rainergy” qurğusunu ixtira edib. 

Gülnar Əliyeva