“Riskli görünsə də, real qiymətdir”

riskli-gorunse-de-real-qiymetdir
Oxunma sayı: 2684

“Neftin bir barelinin orta ixrac qiymətinin dövlət büdcəsində 60 ABŞ dolları götürülməsi ilk baxışdan riskli görünsə də, real qiymətdir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisdə keçirilən komitə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, yenilənmiş makroiqtisadi proqnozlara əsasən, baza ssenaridə ilin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60 ABŞ dollar götürülür. 

O əlavə edib ki, orta illik inflyasiyanın enməsi də nəzərdə tutulur: “Proqnozlarda orta illik inflyasiya artımının səviyyəsinin enməsi nəzərdə tutulur. Eyni zamanda, vacib faktorlardan biri də gəlilər üzrə proqnozların tərtib olunması üçün qeyri-neft ÜDM-dir. Görünən odur ki, qeyri-neft ÜDM-i əvvəlki proqnozla müqayisədə artırılıb”.

Zaur Mirzə