Ronaldo ilə Messinin “Son rəqs”i...

ronaldo-ile-messinin-son-reqsi
Oxunma sayı: 3985

Lionel Messinin çıxış etdiyi “İnter Mayami” ilə  Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nasr” klubu Ər-Riyadda yoldaşlıq turnirində üz-üzə gələcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ klubu məlumat yayıb.

Qarşılaşma 2024-cü ilin fevralında baş tutacaq.

Bildirilib ki, turnirdə “Əl-Hilal” klubu da çıxış edəcək. 

Turnirin təşkilatçıları Kriştiano Ronaldo və Lionel Messinin komandaları arasında baş tutacaq qarşıdurmanı “Son rəqs” adlandırıblar.