Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyununda “Persopolis”lə qarşılaşmaq üçün İrana yollanan Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo diqqət mərkəzinə düşüb.
“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı ulduz ötən gün məskunlaşdıqları otelin qarşısında onu görə bilmədiyi üçün ağlayan azyaşlı ilə görüşüb.
Kriştianu azyaşlıya forma hədiyyə edib, həmçinin onun üzərindəki formanı imzalayıb.
İranın Kərəc şəhərindən olan azyaşlı isə Ronaldonun ənənəvi “Siu” qol sevincini təkrarlamaqla gülüş yaradıb.