Ronaldo tarixi rekordu təkrarladı

ronaldo-tarixi-rekordu-tekrarladi
Oxunma sayı: 4337

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo dünya futbol tarixinin rekordunu təkrarlayıb.

“Qafqazinfo” xəbər verir ki, AVRO-2020-nin qrup mərhələsi çərçivəsində Fransa ilə keçirilən matçda dubla imza atan təcrübəli forvard yığmadakı qollarının sayını 109-a çatdırıb. 

O, bununla da millidəki qol sayında dünya rekordçusu iranlı Əli Daeiyə şərik çıxıb.

Ronaldo daha bir qol vursa, mütləq rekordçu olacaq.