“Nəticə kimi qane edə bilməz ki? Oyun xoşuma gəldi. Rəqibimiz güclü komanda idi. Qəbul edək ki, Norveç iddialı komanda idi. Hətta norveçlilər dünən mətbuat konfransına da gəlmədilər ki, artıq hər şeyi həll etmişik. Həyatda arxayın yaşamamaq lazımdı. Mən çox sevinirəm ki, seçmə mərhələdə ardıcıl iki dəfə qələbə qazanmışıq və qrupda liderik. Hər kəsi təbrik edirəm”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev DÇ-2018-in seçmə mərhələsində Norveç millisinə qarşı baş tutan oyundan sonra deyib.
Abdullayev bildirib ki, millimiz növbəti mərhələyə adlaya bilər: “Bizim şüarımız var: “Niyə də yox?” İndi də deyirəm: Niyə mərhələ adlamayaq ki?!”
Abdullayev milli futbolçularına veriləcək mükafatla bağlı suala belə cavab verib: “Əşşi, nə mükafat?”
Futbolinfo TV-yə istinadən Abdullayevin açıqlamasının videosunu təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər