Rövşən Binnətli ilə Fikrət Adıgözəlli də yoluxdu

rovsen-binnetli-ile-fikret-adigozelli-de-yoluxdu
Oxunma sayı: 4149

AzTV-nin daha iki əməkdaşı koronavirusa yoluxub. 

Bu barədə “Qafqazinfo”ya qurumun sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərgiz Rəfiyeva məlumat verib. O qeyd edib ki, İdman televiziyasının əməkdaşları Rövşən Binnətli və Fikrət Adıgözəllinin koronavirus testinin nəticəsi pozitiv çıxıb: “Onlar hazırda xəstəxanada müalicə alırlar”.

Qeyd edək ki, AzTV-nin iki əməkdaşı koronavirusdan vəfat edib, 5 əməkdaş isə xəstəxanada müalicə alır.