Rövşən Binnətli vəzifəsindən azad olundu - Yenilənib

rovsen-binnetli-vezifesinden-azad-olundu
Oxunma sayı: 10042

“İdman Azərbaycan” kanalında ayrılıq baş verib.

“Qafqazinfo” Offsideplus.az-a istinadən xəbər verir ki, kanalın direktoru Rövşən Binnətli işdən azad olunub. 

Onun vəzifəsini hələlik tanınmış şərhçi Fikrət Adıgözəlli icra edəcək. Ayrılığın səbəbi dəqiq bilinmir.

Qeyd edək ki, Rövşən Binnətli 2023-cü ilin yanvar ayından bu vəzifədə çalışırdı. 

***

AzTV-nin Mətbuat xidməti Rövşən Binnətlinin işdən ayrılmasını təsdiq edib: “Rövşən Binnətli pensiya yaşı ilə əlaqədar işdən ayrılıb”.